İsrail HHQ-yə məxsus F35 qırıcıları, arxiv şəkli

Moskvadan Suriya ilə bağlı Təl-Əvivə xəbərdarlıq: "Vaxtında deyin"

136
(Yenilənib 19:44 04.04.2019)
Tərəflər hələlik razılığa gələ bilməyib.

BAKI, 5 aprel — Sputnik. Moskvada baş tutan görüşdə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov İsrail hərbi rəhbərliyindən ÇAXAL ordusunun Suriyaya zərbələr endirməsindən əvvəl xəbərdarlıq etməsini uzatmağı tələb edib. Bu barədə Sputnik Azərbaycan "NEWSru.co.il"-a istinadən xəbər verir.

Qeyd olunur ki, tərəflər, hələlik razılığa gələ bilməyib.

Görüş zamanı tərəflər Rusiyaya məxsus "S-300" zenit-raket komplekslərinin Suriyaya çatdırılması məsələsini də müzakirə ediblər.

Görüş İsrail baş naziri Binyamin Netanyahunun Moskvaya səfəri çərçivəsində baş tutub.

136