Zelenski vs Poroşenko: Ukraynada Gürcüstan ssenarisi təkrarlana bilər

© Sputnik / Stringer / Mediabanka keçidUkraynanın Mərkəzi Seçki Komissiyasının binası qarşısında səsvermənin nəticələrini əks etdirən monitor
Ukraynanın Mərkəzi Seçki Komissiyasının binası qarşısında səsvermənin nəticələrini əks etdirən monitor - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutanda çoxları müxalif namizəd Qriqol Vaşadzenin Salome Zurabişvili üzərində inamlı qələbə qazanacağını düşünürdü, lakin...

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı namizədlər arasında mübarizə yeni mərhələyə qədəm qoyur. Martın 31-də keçirilən seçkilərdə Zelenski hamıdan çox səs toplasa da (30,24%), o, prezident seçilmək üçün lazım olan 50%+1 həddini keçə bilməmişdi. Nəticədə o, səsvermədə ikinci olan hazırkı prezident Pyotr Poroşenko (15,95%) ilə prezident seçkilərinin ikinci turunda mübarizə aparmalı olacaq. 

Zaur Məmmədov - Sputnik Azərbaycan
Politoloq: “Ukrayna seçkiləri regional proseslərin gedişatına təsir edəcək”

Aprel ayının 21-i baş tutacaq seçkilər yaxınlaşdıqca rəqiblər arasında münasibətlər, mübarizə gərginləşməyə başlayıb. Tərəflər hər bir seçicinin səsi uğrunda amansız mübarizə aparmağa hazırdır. Artıq vəziyyət o yerə çatıb ki, sadə ukraynalılar tərəflər arasında debatların keçirilməsini tələb edirlər. Son məlumatlara görə, Zelenski öz rəqibini 70 minlik Olimpiyski stadionunda debatlara çağırıb və Poroşenko bu təklifi qəbul edib. Görünən budur ki, gün keçdikcə Ukraynada seçki həyəcanı daha da gərginləşəcək.

Sputnik Azərbaycan məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Elxan Şahinoğlu vurğulayır ki, Ukraynada keçirilən prezidenti seçkilərinin birinci turundan sonra Vladimir Zelenski Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkonu az qala iki dəfə çox səslə qabaqlayır: "Məhz buna görə, Vladimir Zelenskinin yeni Ukrayna prezident olmaq şansı olduqca yüksəkdir. Həmçinin, nəzərə almaq lazımdır ki, ikinci tura çıxmayan prezidentliyə namizədlərin bir hissəsinin səsi də Zelenskinin xeyrinə işləyəcək. Bu da öz növbəsində Pyotr Poroşenkonun mövqelərini zəiflədə bilər. Lakin az da olsa, Poroşenkonun şansı var. Belə şanslardan biri Zelenski ilə baş tutacaq debatlardır. Poroşenko düşünürdü ki, Zelenski debatlardan çəkinəcək. Lakin bunun əksi baş verdi. O, Poroşenko ilə debatların stadionda keçirilməsini və bunun ölkə televiziya kanalları vasitəsilə yayımlanmasını istəyib. Poroşenko, hətta bu debatlarda qalib gəlsə belə, prezident seçkilərində onun üçün heç də asan olmayacaq. O, insanları inandırmaq üçün vədlər verməlidir".

Gürcüstan ssenarisinin təkrarlanması ehtimalından danışan Şahinoğlu qeyd edib ki, belə bir ehtimal az da olsa var: "Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutanda çoxları müxalif namizəd Qriqol Vaşadzenin Salome Zurabişvili üzərində inamlı qələbə qazanacağını düşünürdü. 

Предвыборная агитация на Украине - Sputnik Azərbaycan
Ukrayna bir günlük susdu
Lakin bunun əksi baş verdi. Zurabişvili administrativ resurslardan istifadə edərək, vədlər verərək ölkə prezidenti ola bildi. Lakin Ukraynada prezidentliyə namizədlər arasında fərq o qədər böyükdür ki, belə bir halın təkrarlanması ehtimalı olduqca azdır. Bu fərqi azaltmaq Poroşenko üçün çox çətin olacaq".

Ekspert vurğulayıb ki, Vladimir Zelenski prezident seçilsə belə, onun rəqibləri işinə mane ola bilər: "Problem ondadır ki, Zelenski prezident seçilsə belə, onun parlamentdə fraksiyası yoxdur. Ukrayna yarı prezident, yarı parlament idarəetmə formasına malik dövlətdir. Prezident qələbə qazansa da, nazirləri parlament təsdiq edir".

Qərb və Rusiyanın Ukraynada baş verənlərə münasibəti barədə danışan Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Ukraynadakı prezident seçkilərinə təsir edə bilməz: "Prezidentliyə namizədlərin hər ikisi qərbpərəstdir. Rusiya diqqətini bu ilin oktyabr ayında Ukraynada keçiriləcək parlament seçkilərinə yönəldəcək. Qərb isə Poroşenko və ya Zelenski arasında seçim etmir. Onların hər ikisinə münasibət eyni olacaq. Birləşmiş Ştatlar üçün də hazırda Ukrayna mövzusu elə də əhəmiyyətli deyil".

Xəbər lenti
0