Stokholmdan bir görünüş

Azərbaycanlı İsveçdə vəzifəyə seçildi

53
(Yenilənib 20:01 03.04.2019)
Leyla Kianiyə vəzifə verildi

 

BAKI, 3 aprel — Sputnik. İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani vəzifəyə seçilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin "Facebook" hesabında məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, həmyerlimiz 5 müsahibədən, imtahandan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsinin sosial şöbəsində şöbə rəisi vəzifəsinə təyin olunub.

53