Həbib Nurməhəmmədov və Konnor Makqreqor

Makqreqor Nurməhəmmədov yenidən qarşı-qarşıya gəldi

128
(Yenilənib 14:16 03.04.2019)
Konor yazdığı tviti 15 dəqiqə sonra silsə də, onun sözləri xəbər saytlarına manşet olub

BAKI, 3 aprel — Sputnik. Həbib Nurməhəmmədov və Konnor Makqreqor arasında döyüş çoxdan bitsə də, söz döyüşü səngimir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Rusiya vətəndaşı olan müsəlman idmançı Nurməhəmmədov bu dəfə Makqreqorun karyerasına son qoyacağı xəbərinə münasibət bildirib.

O, qeyd edib ki, Konorun karyerasına son verəcəyinə inanmır: "Konor "səndən ayrılıram" deyib, hər zaman geri dönən qısqanc qadınlar kimdir".

Konor isə rəqibinin həyat yoldaşını təhqir edən tivit paylaşıb.

O qeyd edib ki, Nurməhəmmədovun həyat yoldaşı bir dəsmaldır". Bununla Konor Həbibin həyat yoldaşının hicablı geyiminə sataşıb. Konor yazdığı tviti 15 dəqiqə sonra silsə də, onun sözləri xəbər saytlarına manşet olub.

128