Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan Putinə zəng etdi, Əliyevlə görüşdən danışdı

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин во время телефонного разговора
Президент РФ Владимир Путин во время телефонного разговора - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər Avrasiya İqtisadi İttifaqı Şurası və digər inteqrasiya prosesləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb

BAKI, 1 aprel — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan lideri İlham Əliyevlə görüş barədə danışıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, telefon danışığı zamanı Paşinyan və Putin Ermənistan-Rusiya əməkdaşlığına dair müxtəlif məsələləri müzakirə ediblər.

"Tərəflər aprelin 4-ü Moskvada keçirilməsi planlaşdırılan Ermənistan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasının önəmini vurğulayıb. Qeyd olunub ki, ikitərəfli ticarətin həcmlərinin artırılması üçün ilkin şərtlər var", - deyə məlumatda bildirilir.

Tərəflər Avrasiya İqtisadi İttifaqı Şurası və digər inteqrasiya prosesləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçirib.

Xəbər lenti
0