Türkiyə prezidenti Tayyib Ərdoğan 2019-cu il martın 31-də İstanbulda keçirilən bələdiyyə seçkiləri zamanı seçki məntəqəsində səs verir

Tayyib Ərdoğan üçün daha bir şok - Bu dəfə İstanbulda

13389
(Yenilənib 10:50 01.04.2019)
Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib

BAKI, 1 aprel — Sputnik. “Ekrem İmamoğlu 4 milyon 159 min 650 səs, Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb”.

Sputnik Azərbaycan türk mediasına istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven bildirib. Beləliklə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu səsvermə nəticələrinə görə İstanbul bələdiyyəsi uğrunda seçkidə liderlik edir.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cumhur İttifaqı əsas üç şəhərdə - İstanbul, Ankara və İzmirdə seçkiləri uduzmuş görünür.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan öz seçicilərinə müraciət edib.

O qeyd edib ki, Türkiyə xalqı artıq 15-ci dəfədir bizi birinci edir: "AKP və Cumhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə bu ana qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir".

13389