Ukraynada seçki

Ukraynada ikinci tur qaçılmazdır “Exit poll”

95
İkinci turda Vladimir Zelenski və Petro Poroşenko

BAKI, 31 mart — Sputnik. Ukraynada prezident seçkiləri başa çatıb. Sputnik Azərbaycan Ukrayna mediasına istinadla xəbər verir ki, seçkidə seçicilərin 65 faizi iştirak edib.

Hələlik rəsmi rəqəmlər olmasa da, bütün "exit poll"llar seçkilərin ikinci turunun qaçılmaz olduğunu göstərib. Nəticələrə əsasən Vladimir Zelenski, Petro Poroşenko ikinci tura çıxıblar.

Televiziya Xəbər Xidməti - "TSN" tərəfindən keçirilən "exit poll"in nəticələrinə əsasən qeyd edilir ki, Vladimir Zelenski 30,1 faiz, Petro Poroşenko 18,5 faiz səs toplayıblar. Digər namizəd Yuliya Timoşenkonun isə 14 faiz səs topladığı bildirilir.

Digər "exit poll"arın nəticələri də təxminən eyni rəqəmləri göstərir.

Buna baxmayaraq, Yuliya Timoşenko sorğunun nəticələrini tanımayaraq, ikinci tura Poroşenkonun deyil. Özünün keçdiyini bəyan edib.

95