F-16

Türkiyədən PKK-ya daha bir zərbə

87
(Yenilənib 15:22 30.03.2019)
"Pençe" əməliyyatı ilə PKK rəhbərləri hədəfə alındı

BAKI, 30 mart — Sputnik. İraqın şimalındakı Qəndil ərazisində yerləşən terror düşərgələri və terrorçular Türkiyə Silahlı Qüvvələri tərəfindən hazırlanan “Pençe” hava əməliyyatı ilə vurulub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ölkənin Milli Müdafiə Nazirliyi yaydığı məlumatda PKK terror təşkilatının rəhbərlərinə aid hədəflərin darmadağın edildiyi qeyd edilib. Eyni zamanda, Hakurk və Avaşin-Basyan  adlanan ərazilərdən Türkiyənin sərhəd qoşunlarına qarşı əməliyyata hazırlaşan terrorçular də vurularaq zərərsizləşdirilib. 

87