Türkiyədə seçkilər, arxiv şəkli

Sabah Türkiyədə bələdiyyə seçkiləridir

21
(Yenilənib 11:22 30.03.2019)
Türkiyənin üç əsas şəhərində qızğın mübarizə olacaq

BAKI, 30 mart — Sputnik. Mart 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bələdiyyə seçkilərində 57 milyon nəfər səsvermə hüququna malik vətəndaş iştirak edəcək. Ümumilikdə isə seçkilərdə 8 min 270 namizəd yarışacaq. Əsas rəqabətin Ankara, İstanbul və İzmirdə olacağı gözlənilir.

Mübarizə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının qurduğu Cümhur İttifaqı ilə başda Cümhuriyyət Xalq Partiyası olmaqla digər müxalifət partiyalarının qurduğu Millət İttifaqı arasında gedəcək. Bu mübarizəyə bəzi bölgələrdə daha çox etnik kürdlərin səs verəcəyi HDP də qoşulacaq.

Sabahkı seçkilərdə İstanbulda Cümhur İttifaqının namizədi Binəli Yıldırım ilə Millət İttifaqının namizədi Ekrem İmamoğlu, Ankarada Cümhur İttifaqının namizədi Mehmet Özhaseki ilə Millət İttifaqının namizədi Mansur Yavaş yarışacaq. İzmirdə isə Cümhur İttifaqının namizədi Nihat Zeybekçi ilə Millət İttifaqının namizədi Tunç Soyer mübarizə aparacaq.

Xatırladaq ki, seçkiləri izləmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi 20 ölkədən 22 üzvünü Türkiyəyə göndərib.

21