Sükan arxasında energetik içki içən sürücü, arxiv şəkli

Enerji içkiləri gəncin səhhətində problem yaradıb

68
(Yenilənib 21:57 28.03.2019)
"Həkim də dilimdə yaranan problemi məhz enerji içkilərinin yaratdığını deyib"

BAKI, 29 mart — Sputnik. Avstraliyalı gənc oğlan sosial şəbəkədə şəklini paylaşaraq hər kəsi heyrətləndirib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Dan Royals adlı gənc gün ərzində 5-6 banka enerji içkisi içirmiş. Daha sonra onun səhhətində problem yaranıb və həkim ona enerji içkiləri içməyi qadağan edib.

Dilini yandırmış Dan Royals
Dilini yandırmış Dan Royals

Dan Royals bildirib ki, dili günü-gündən  pisləşir: “Mən səhhətimə diqqət edirəm. Amma enerji içkilərinin insan səhhətinə ziyan vuracağını bilmirdim. Həkim də dilimdə yaranan problemi məhz enerji içkilərinin yaratdığını deyib. O gündən içmirəm”.

68