Ermənistanın baş naziri Nikol Paşinyan

ABŞ şirkəti: Paşinyanın reytinqi düşüb

24
Reytinqin nəticələri cüzi fərqlə erməni təşkilatlarının sosial sorğuları ilə üst-üstə düşür

BAKI, 28 mart — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) mütəmadi olaraq sosial sorğular həyata keçirir. Mövcud hakimiyyətin reytinqini və ictimai əhval-ruhiyyəni öyrənmək üçün bu cür sorğuları analitik mərkəzlər də həyata keçirir. Sputnik Azərbaycan bu barədə "News.am"-a istinadən xəbər verir.

"Əldə etdiyimiz məlumata görə, bir ABŞ şirkətinin yanvar ayının sonunda həyata keçirdiyi araşdırmaların nəticələri göstərir ki, baş nazir Nikol Paşinyanın reytinqi 51% civarındadır və onun reytinqinin aşağı düşmə tendensiyası müşahidə olunur. Serj Sarqsyan və Respublika Partiyasının reytinqi isə əksinə, 4-dən 8%-ə yüksəlib. Daşnaksutyun partiyasının reytinqi də 1,5%-ə yüksəlib. Bu reytinqin nəticələri cüzi fərqlə erməni təşkilatlarının sosial sorğuları ilə üst-üstə düşür", - deyə nəşr yazır.

24