BMT toplantısı

Dünya ABŞ-a qarşı birləşdi - BMT-də təcili toplantı

254
(Yenilənib 13:04 28.03.2019)
BMT Təhlükəsizlik Şurası Qolan yüksəklikləri ilə bağlı iclas keçirib

BAKI, 28 mart — Sputnik. BMT Təhlükəsizlik Şurası (TŞ) Qolan yüksəklikləri ilə bağlı iclas keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanımasından sonra Suriyanın tələbi üzərinə toplaşıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin siyasi koordinatoru Rodni Hunter iclasda çıxış edərək bildirib ki, Suriya rejimi və İran tərəfindən Qolan yüksəkliklərinə nəzarət edilməsinə icazə verilsə, İsrailə qarşı hücumlara göz yumulmuş olacaq: "Bu qərar İsrailin təhlükəsizliyi üçün həlledici strateji əhəmiyyətə malikdir və ABŞ, regionda sabitliyə töhfə verəcəyinə inanır". 

Ancaq ABŞ iclasda tək qalıb. Belə ki, Şuranın digər 14 üzvü işğal altındakı bölgənin İsrail torpağı olmaması ilə bağlı birləşib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Vladimir Safronkov dünya nizamına qarşı çıxan bu qərarın uğursuzluğa məhkum olduğunu bildirərək ABŞ-ın təktərəfli aldığı bu qərarın heç bir beynəlxalq hüquqi sənədi dəyişməyəcəyini söyləyib.

Şuradakı Avropa İttifaqı üzvü olan ölkələr də ABŞ-ın qərarının TŞ-nin qərarları ilə tərs düşdüyünü bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb. ABŞ prezidenti sənədə imzanı İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı atıb.

Xatırladaq ki, 1944-cü ildən Suriyaya məxsus olan Qolan yüksəklikləri 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail parlamenti Qolan yüksəklikləri üzərində bu ölkənin suverenliyini elan edib. Ancaq BMT Təhlükəsizlik Şurası 17 dekabr 1981-ci ildə qətnamə qəbul edərək İsrailin bu qərarını qanunsuz sayıb.

254
Teqlər:
BMT Təhlükəsizlik Şurası, ABŞ
Əlaqədar
ABŞ-ı məhv edə biləcək dövlətlərin sayı artır
ABŞ rəsmisi: “F-35”lərin Türkiyəyə tədarükü yaxın zamanda təxirə salına bilər
ABŞ Türkmənistan qazının Azərbaycandan nəqlinə “hə” dedi
ABŞ-la Rusiya arasında yeni insident: Nüvə daşıyan qırıclar havalandı