Hamilə qadın

Qadın bir ay ərzində 3 uşaq dünyaya gətirib - Möcüzə

487
(Yenilənib 12:06 28.03.2019)
Ananın və körpələrinin səhhətinin yaxşı olduğu bildirilir

BAKI, 28 mart — Sputnik. Banqladeşli qadın bir ay ərzində 3 uşaq dünyaya gətirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bir oğlan övladını dünyaya gətirdikdən 26 gün sonra Arifə Sultan adlı qadının qarnında yenidən ağrılar yaranıb.

20 yaşlı qadın həkimə müraciət etdikdə isə, bətnində daha iki körpənin olduğunu öyrənib. Qadın dərhal qeysəriyyə əməliyyatına salınıb.

Ananın və körpələrinin səhhətinin yaxşı olduğu bildirilir. Həkimlər belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyərək körpələrin səhhətinin normal olmasını bir möcüzə adlandırıblar.

487
Teqlər:
əkiz, övlad, uşaq, hamilə, qadın, Banqladeş
Əlaqədar
Dünyanın ən balaca körpəsi Yaponiyada yaşayır
Məşhur film həyatda yaşandı: Təyyarə körpəyə görə hava limanına qayıtdı
Göygöldə ağır yanıq xəsarəti alan körpə xəstəxanadan çıxarıldı
Körpəsini zibilliyə atan ana: “Soyuq olmaması üçün sellofanın ağzını bağladım”