"Paşinyan "məxməri inqilab"dan sonra heç bir vədinə əməl etməyib" – The Washington Times

© Photo : Ermənistan baş nazirinin rəsmi saytıErmənistan baş naziri Nikol Paşinyanın sədrliyi ölkənin Milli Təhlükəsizlik Şurasının iclası
Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ölkənin Milli Təhlükəsizlik Şurasının iclası  - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan öz qonşularına – neft və qazla zəngin Azərbaycan və işgüzar Gürcüstana bənzəyə və böyük iqtisadi inkişafdan həzz ala bilər"

BAKI, 28 mart — Sputnik. "The Washington Times" qəzetində "Jewish News Syndicate" nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın "Məxməri inqilabın kənarında" adlı məqaləsi dərc olunub. Sputnik Azərbaycan xəbər verir ki, müəllif məqaləsində yaxınlarda hakimiyyət dəyişikliyinin ildönümünün olacağını xatırladaraq, Ermənistanda baş verən "məxməri inqilab" və onun nəticələrinə toxunub.

Действующий глава ОБСЕ Мирослав Лайчак на совместной пресс-конференции с министром иностранных дел Армении Зограбом Мнацаканяном - Sputnik Azərbaycan
QARABAĞ
"Azərbaycan və Ermənistan liderlərinin görüşü olduqca önəmlidir"

Kamaras ötən il baş verənləri yada salaraq bildirir ki, ötən ilin aprelində "süni islahatçı Nikol Paşinyan hakimiyyəti ələ alaraq, sabiq SSRİ və Rusiyaya yaxın məmur və komandirlərdən ibarət "köhnə qvardiyanı" kənarda qoyub".

"Ekspertlər hesab edirlər ki, region olaraq Cənubi Qafqaz özünün bütün potensialını hər üç ölkənin tam iştirakı ilə reallaşdıra bilər. Bunun üçünsə, Ermənistan Qarabağda müharibəni dayandırmalı və eyni zamanda vassal dövlət olmaqdan imtina etməlidir" - deyə müəllif yazır.

Kamaras qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi həm birbaşa, həm də dolayı yolla Ermənistanın kifayət qədər inkişaf etməməsinin, bu ölkədə olan dərin yoxsulluğun, "beyinlərin" ölkəni tərk etməsinin və ən vacibi Ermənistanın Rusiya və İrandan ağır şəkildə asılılığının səbəbidir.

"Ermənistan öz qonşularına – neft və qazla zəngin Azərbaycan və işgüzar Gürcüstana bənzəyə və böyük iqtisadi inkişafdan həzz ala bilər: neft və qaz kəmərləri, limanlar, "Şərq-Qərb" dəmiryolu, peyklər, turizm, təhsil, elm, tibbi və digər ölkələr arasında dəyərli və hörmətli yer" - o yazır.

Müəllif əlavə edir ki, "məxməri inqilab"dan bir il ötür: "Lakin cənab Paşinyanın Ermənistan xalqı və beynəlxalq birliyinə verdiyi vədlərə dair heç bir əhəmiyyətli və ya ümumiyyətlə hər hansı inkişafa nail olunmayıb".

"Ermənistanın bütün energetika seqmenti hələ də Rusiya oliqarxlarına məxsusdur və bu vəziyyət ölkədə olan digər sahələrdə də özünü göstərir. Paşinyan baş nazir seçildikdən sonra ilk xarici səfərini məhz Moskvaya edib və daha sonra bir neçə dəfə oraya qayıdıb" - deyə Kamaras vurğulayır.

Xəbər lenti
0