Dollarlar

Varlı olmaq genetik amildir

79
(Yenilənib 21:05 27.03.2019)
Alimlər 286 min nəfərin üzərində aparılan araşdırmanın nəticəsini açıqladılar

BAKI, 28 mart — Sputnik. İngiltərədə aparılan son araşdırmalar zənginliyin genetik amil olduğunu deməyə əsas verir.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, elm adamları uzun müddətdir ki, zənginliyin genetik amilə bağlı olub-olmadığını araşdırırlar. Artıq bir müddətdir ki, aparılan araşdırma yekunlaşıb.

Alimlər belə qənaətə gəliblər ki, əslində zənginlik çox çalışmağın nəticəsi deyil. Varlanmaq üçün şansın heç bir rol oynamadığını deyən elm adamları statuslarından asılı olaraq zənginlərlə kasıbların genetikasının bir-birindən kəskin fərqləndiyini açıqlayıblar.

Qeyd edək ki, bu araşdırma 286 min şəxs üzərində aparılıb.

79