Yel universiteti

Məşhur universitetdə rüşvət qalmaqalı yaşanır

89
(Yenilənib 20:54 27.03.2019)
ABŞ-ın məşhur universitetlərinin birində rüşvət qalmaqalı yaşanıb

BAKI, 28 mart — Sputnik. ABŞ-ın Yel universitetinin adı rüşvət qalmaqalında hallanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir müddət öncə universitetdəki işindən ayrılan müəllim Meredisin rüşvət aldığı bəlli olub.

Qlazqo Universiteti ətrafında təhlükəsizlik tədbirləri
© REUTERS / SOCIAL MEDIA

Məlum olub ki, adıçəkilən şəxs rüşvət almaqla varlı ailələrin övladlarının universitetə qəbulunu reallaşdırırmış.. Lakin saxta sənəd qəbulu ilə bağlı qalmaqal ortaya çıxdıqdan sonra bu tələbələr təhsil müəssisəsindən qovulub.

Saxta sənəd qəbulunu reallaşdırmaq üçün Meredisin təkcə vasitəçilərdən 400 min dollar rüşvət aldığı bəlli olub. Yayılan məlumata görə, təqsirləndirilən şəxs müxtəlif nüfuzlu universitetlərlə də "işbirliyi" qurub. Onun adı 1.2 milyon dollarlıq rüşvətdə də hallanır. Qalmaqalla əlaqədar olaraq 50 nəfərin məhkəmə prosesinə başlanılıb. 33 valideyn isə 6,5 milyon dollar rüşvət verməkdə təqsirləndirilib.

Qeyd edək ki, adı rüşvət olayında hallandırılan şəxsin məhkəməsi bu gün başlayacaq.

89