Qori şəhərində rayon məhkəməsinin binası

Azərbaycandan gedən Smit ailəsinin qatilinə ağır cəza verildi

187
(Yenilənib 18:41 27.03.2019)
Çoban ov tüfəngindən 44 yaşlı kişini və uşağı güllələyib, qadın isə qaçan zaman dərədən yıxılaraq ölüb

BAKI, 27 mart — Sputnik. Gürcüstanın Qori rayon məhkəməsinin andlılar məhkəməsi Amerikadan olan Smit ailəsinin qətlə yetirməsinə görə 19 yaşlı çoban Malxaza Kobaurini ömürlük azadlıqdan məhrum edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Rayan və Lora Smit
Rayan və Lora Smit

Prokuror Zaza Datukişvilinin sözlərinə görə, məhkəmənin qərarı törədilən qərara adekvatdır. O, vurğulayıb ki, Kobauri özünü günahkar hesab etməyib, peşman olmayıb və istintaqı, məhkəmə iştirakçılarını yanıltmağa çalışıb.

Qeyd edək ki, ötən il Gürcüstanda Smit ailəsi – kişi, qadın və onların dörd yaşlı uşağı qətlə yetirilib. Rayan və Laura Smit və onların balaca oğlu Duşeti rayonunda Xada dərəsində itkin düşüblər. Rayan və Lauranın cəsədləri iyulun 7-i, uşağın cəsədi isəiyulun 9-u tapılıb.

Malxaz Kobauri
Malxaz Kobauri

19 yaşlı çoban Malxaza Kobaurini iyulun 9-u saxlanılıb. İstintaq müəyyən edib ki, çoban ov tüfəngindən 44 yaşlı kişini və uşağı güllələyib. 43 yaşlı qadın isə qaçan zaman dərədən yıxılaraq ölüb.

Qeyd edək ki, daha əvvəl Rayan Smit Azərbaycanda yaşayıb. O, burada ingilis dili tədris edib, həmçinin xalça toxumağı öyrənib. Daha sonra o, ABŞ-a köçərək orada evlənib və bir müddət sonra azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna (Kvemo Kartli regionu) köçüb.

2011-ci ildə Smit Gürcüstanda Azərbaycan xalçalarının populyarlaşdırılması və bərpası işləri ilə məşğul olan "ReWoven" təşkilatını yaradıb.

187