Sel basmış ərazi, arxiv şəkli

İranda daşqınlar 17 nəfərin ölümünə səbəb oldu

98
(Yenilənib 19:52 25.03.2019)
Leysan yağışlar ölkənin 25 əyalətini ağuşuna alıb

BAKI, 25 mart — Sputnik. İranın Şiraz şəhərində davam edən güclü yağışlar sel və daşqınlara səbəb olub.

Sputnik AzərbaycanTasnim” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İranın Fövqəladə Hallar Mərkəzinin rəhbəri Pirhüseyn Kulivand açıqlama verib.

Onun sözlərinə görə, şəhərin Qurani-Kərim qapısı küçəsində sel 200-dən çox avtomobili aparıb.

Hadisə nəticəsində 17 nəfər ölüb, 68 nəfər yaralanıb.

Kulivand qeyd edib ki, sel nəticəsində yüzlərlə ev su altında qalıb.

Bundan əlavə, bazar günü axşam saatlarından başlayan leysan yağışlar ölkənin 25 əyalətində selə səbəb olub.

98