İsrail ordusu tankı

İsrail hücum üçün qoşun toplayır

91
(Yenilənib 17:39 25.03.2019)
Vəziyyət yenə gərginləşir, hər an hücum başlaya bilər

BAKI, 25 mart — Sputnik. İsrail Qəzza sektoru ilə sərhədə qoşun yığır. Sputnik Azərbaycan “Reuters”ə istinada xəbər verir ki, bu addım İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq atılıb.

İsrail hərbçiləri raket atəşində HƏMAS təşkilatını ittiham edib. Verilən məlumata görə, sərhədə iki piyada briqadası və zirehli tank birləşmələri göndərilib.

Xatırladaq ki, martın 25-də Fələstin ərazisindən atılan raketlərdən biri İsrailin Mişmet yaşayış massivindəki evlərdən birinə düşüb. Nəticədə, biri körpə olmaqla 7 nəfər vətəndaşı yaralanıb. Onların hamısının yüngül yaralandığı bildirilir.

Hazırda ABŞ-da səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu baş verənlərə cavab veriləcəyini açıqlayıb. O, hücumla əlaqədar olaraq rəsmi səfərinin vaxtının qısaldılacağını da qeyd edib.

91