Xərçənglə mübarizədə ən yaxşı vasitə açıqlandı – Hər evdə var

CC0 / skeeze / Cancer CellsXərçəng hüceyrələri, arxiv şəkli
Xərçəng hüceyrələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Curcumin" molekulu ilə zəngin olan bu ədviyyat xərçəngə qalib gəlmək üçün ən effektiv üsuldur

BAKI, 25 mart — Sputnik. Türkiyəli alimlər xərçənglə mübarizədə ən çox effekt verən vasitələrdən birinin adını açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, xərçənglə mübarizədə ən effektli vasitələrdən biri sarıkök hesab edilir. Alimlərin sözlərinə görə, sarıkökün zəngin olduğu "curcumin" molekulu xərçəngə qalib gəlmək üçün effektiv üsullardan biridir. Alimlər apardıqları minlərlə tədqiqatın nəticəsi kimi bu fikri açıqladıqlarını deyiblər.

"Xərçəng xəstəsinə sarıkök verməklə bu xəstəliyi aradan qaldırmaq olur. Yəni sarıkökün müalicə mərhələsində, dərmanlarla birgə qəbulu çox faydalıdır. Əksər hallarda da belə xəstələrdə müsbət nəticə əldə edilib" - deyə türkiyəli mütəxəssislər bildiriblər.

Xəbər lenti
0