Qərar qəbul edilib: Tramp yenə dünyanı bir-birinə qatacaq

© Andrew Harnik/Pool via REUTERSBirləşmiş Ştatlar prezidenti Donald Tramp
Birləşmiş Ştatlar prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb və müsəlman dünyasını qəzəbləndirəcək addımın atılacağı tarix bilindi

BAKI, 24 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp sabah İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyacaq.

Sputnik Azərbaycan-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İsrail xarici işlər naziri İsrael Kats bəyan edib.

Рукопожатие президента США Дональда Трампа и лидера КНДР Ким Чен Ына - Sputnik Azərbaycan
İkinci tarixi Tramp-Kim Çen In görüşü başladı

Sabah D. Tramp Ağ Evdə İsrail baş naziri Binyamin Netenyahu ilə görüşəcək. İ. Kats deyib ki, sabah D. Tramp İsrail baş naziri Binyamin Netenyahunun iştirakı ilə İsrailin Qolan yüksəklikləri üzərində suvereniteti barədə bəyannaməni imzalayacaq. İsrail xarici işlər naziri bildirib ki, ölkəsi ilə ABŞ arasında münasibətlərin hazırda heç vaxt olmadığı qədər möhkəmdir.

Qeyd edək ki, D. Tramp martın 21-də Vaşinqtonun İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanımalı olduğunu bəyan edib. ABŞ prezidenti hesab edir ki, bu yüksəkliklər strateji əhəmiyyətlidir və İsrailin təhlükəsizliyi üçün vacibdir.

Xatırladaq ki, 1944-cü ildən Suriyaya məxsus olan Qolan yüksəklikləri 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail parlamenti Qolan yüksəklikləri üzərində bu ölkənin suverenliyini elan edib. Ancaq BMT Təhlükəsizlik Şurası 17 dekabr 1981-ci ildə qətnamə qəbul edərək İsrailin bu qərarını qanunsuz sayıb.

Xəbər lenti
0