Türkiyədə ağır yol qəzası, arxiv şəkli

Türkiyədən acı xəbər gəldi: Ölən xeyli yaralanan var

49
(Yenilənib 14:59 24.03.2019)
Zirehli avtomobilin devrilməsinin səbəbləri bəlli deyil

BAKI, 24 mart — Sputnik. Türkiyədə hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb.

Cizre-Şırnak yolunda zirehli avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, avtomobil əsgərləri Şerafettin Elçi hava limanına aparırmış.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

49