Onlara uşaqları vurmaq qadağan olundu

© AP Photo / Koji SasaharaYaponlar
Yaponlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu cəzaları tətbiq etmək valideynlərə, qəyyumlara, yaxın qohumlara, həmçinin sosial işçilərə qadağan olunur

BAKI, 19 mart — Sputnik. Yaponiya baş naziri Sindzo Abe hökuməti uşaqlarla qəddar rəftar haqqında qanuna düzəlişlər edib. Sputnik Azərbaycan "The Japan Times"-a istinadən xəbər verir ki, yeni düzəlişlər azyaşlılar üçün istənilən fiziki cəzanı qadağan edir.

Qeyd olunur ki, Nazirlər Kabineti dəyişiklərin baxılması üçün aprelin 1-də parlamentə təqdim edəcək. Yeni qaydalar intizam ölçüsü olaraq uşaqlara istənilən fiziki cəzanı qadağan edir. Qeyd olunur ki, bu cəzaları tətbiq etmək valideynlərə, qəyyumlara, yaxın qohumlara, həmçinin sosial işçilərə qadağan olunur.

Nəşr yazır ki, qanuna dəyişikliklər bir atanın qızını öldürməsindən sonra edilib. Belə ki, qızı dəfələrlə ailədə zorakılıq hallarının olmasından şikayətlənib, lakin müvafiq orqanlar heç bir təbir görməyib.

Xəbər lenti
0