Yunanıstan sahillərində Türkiyə bayrağı: NATO daxilində rezonans yaşandı

© AFP 2023 / BULENT KILICГосударственный флаг Турции
Государственный флаг Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Yunan mətbuatı: Türklər Krit adasında bayraq qaldıraraq foto çəkdilər

BAKI, 22 mart – Sputnik. NATO-nun təlimlərinə ev sahibliyi edən Yunanıstanda türkiyəli hərbçilərin su altındaykən ölkələrinin bayraqlarını nümayiş etdirmələri etiraza səbəb olub.

© NTVTürk əsgərinin çəkdiyi şəkil
Yunanıstan sahillərində Türkiyə bayrağı: NATO daxilində rezonans yaşandı - Sputnik Azərbaycan
Türk əsgərinin çəkdiyi şəkil

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həmin vəziyyətdə çəkilən foto Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi səhifəsində və NATO Dəniz Qüvvələri Komandanlığının (MARCOM) “Twitter” hesabında yayımlanıb.

Məlumata görə, su altında bayraq Türkiyənin SAS (Sualtı Müdafiə) komandasının iki üzvi tərəfindən qaldırılıb.

Lakin Yunanıstanın Krit adalarında çəkilən və bir müddət sonra yayımlanan həmin foto Afinada etirazla qarşılanıb. Yunan mediası “türklər Krit adasında bayraq qaldıraraq foto çəkdilər” tipli başlıqlarla bu olaya təpki veriblər.

Qeyd edək ki, Yunanıstanın etirazlarına cavab olaraq həmin foto NATO Dəniz Qüvvələri Komandanlığının “Twitter” hesabından silinib.

Xəbər lenti
0