Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi

Misir dövlət başçısı dini ekstremizmlə özünəməxsus şəkildə mübarizə aparır

40
(Yenilənib 15:58 21.03.2019)
2014-cü ildə sadəcə İsgəndəriyyə şəhərində 909 məscidin qapısına kilid vurulub

BAKI, 21 mart - Sputnik. Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi hakimiyyətinin son 5 ay içərisində İsgəndəriyyə şəhərində 8 məscidi dağıtdığı ortaya çıxıb. 

Sputnik Azərbaycan “Star”a istinadla xəbər verir ki, Əl Cəzirə xəbər saytının ortaya çıxardığı görüntülərə görə, Sisi Misirdəki məscidlərə savaş açaraq onlarla məscidi yerlə bir edib.

Əsasən məscidlərin dağıdılması İsgəndəriyyə şəhərini əhatə edir. Eyni zamanda, məscidlərə kilid vurulması Sisi hakimiyyətinin məscidlərə savaş aşması kimi dəyərləndirilib.

Məlumata görə, Sisi 2014-cü ildə sadəcə İsgəndəriyyə şəhərində 909 məscidin qapısına kilid vurub. 2015-ci ildə Sinayda 5 məscidi dağıdan Sisi 2016-cı ildə də 64 məscidi dağıdıb.

Sisi hakimiyyətindən daha öncə verilən açıqlamalarda isə ekstremist baxışlı insanların məscidlərdə toplaşdığını demişdi. Sisi 2 ay bundan əvvəl avropalı liderlərə çağırış edərək ölkələrində olan məscidlərə nəzarət etməyi tövsiyə etmişdi.

40