Ukraynanın daxili işlər naziri Arsen Avakov

Avakov Saakaşvilinin Ukraynaya qayıtmaq planını "ucuz piar" adlandırıb

180
(Yenilənib 22:16 15.03.2019)
Avakovla Saakaşvili arasında söz dueli davam edir

BAKI, 21 mart – Sputnik. Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixail Saakaşvilinin Kiyevə gəlmək planlarını "300 dollarlıq piar" adlandırıb.

"Məhkəmə qadağasına görə o heç aldığı biletlə təyyarəyə minə bilməyəcək" - Avakov deyib. 

Daha öncə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, aprelin 1-də Ukraynaya gəlmək fikrindədir, çünki hazırkı dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilməyəcəyinə və beləliklə, heç kimin onun gəlişinə mane ola bilməyəcəyinə əmindir. O, həmçinin aldığı təyyarə biletini də göstərib.

180