At ilxısı

Hökumətdən maraqlı təklif Hər ata görə min dollar

137
(Yenilənib 21:12 19.03.2019)
Qeyri-adi təklifə səbəb ştatlarda çox sayda vəhşi atların olmasıdır

BAKI, 20 mart — Sputnik. ABŞ hökuməti vəhşi atları əhliləşdirə bilən şəxsləri mükafatlandıracaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bir at əhliləşdirənə 1000 dollar məbləğində pul veriləcək. Qeyri-adi təklifə səbəb isə ştatlarda çox sayda vəhşi atların olmasıdır.

Təklifi Dövlət və Cəmiyyət torpaqlarının idarə edilməsi Bürosu verib. Komitə heyvanların ovlanması və qanun çərçivəsində saxlanılması ilə məşğul olur. Bir at komitəyə ildə iki min dollara başa gəlir. İndi qurumun himayəsində 82 min vəhşi at və eşşək var. Onların saxlanılmasına il ərzində 50 milyon dollar xərclənir. Bu vəziyyət komitəni belə bir təklif irəli sürməyə məcbur edib. Vəd edilən məbləğ at əhliləşdirmək istəyən şəxslərə hər dəfəsində 500 dollar olmaqla iki dəfəyə veriləcək.

Büronun əməkdaşları bildirib ki, at əhliləşdirməyə maraqlı olan şəxslərə lazımi dəstək göstəriləcək. Qeyd edilib ki, 1971-ci ildən amerikalılar öz hesablarına 245 min vəhşi at və eşşək əhliləşdiriblər.

137