Kasım-Jomart Tokayev

Qazaxıstanın yeni prezidenti sabah and içəcək

70
(Yenilənib 19:11 19.03.2019)
Ölkədə keçiriləcək növbəti prezident seçkilərinə qədər ölkə başçısının səlahiyyətlərini Qazaxıstan parlamentinin senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək

BAKI, 19 mart — Sputnik. Qazaxıstan Prezidenti səlahiyyətlərini icra edəcək Parlament Senatının sədri Kasım-Jomart Tokayev sabah - martın 20-də keçiriləcək andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Sputnik Qazaxıstan xəbər verir ki, bu barədə dövlət başçısı Nursultan Nazarbayevin xalqa müraciəti zamanı imzaladığı fərmanda bildirilir.

Qeyd edək ki, bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, istefadan sonra Təhlükəsizlik Şurasının sədri və Nur Otan partiyası sədri vəzifələrində qalacaq. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Ciddi səlahiyyətlərə malik Təhlükəsizlik Şurasının sədri olaraq qalıram. "Nur Otan" partiyasının sədri, Konstitusiya Şurasının üzvü olaraq qalacam. Yəni sizinlə birgə qalıram" - deyə Nazarbayev xalq müraciətində bildirib.

"Mən prezident kimi səlahiyyətlərimi dayandırmaq qərarı verdim" - deyə Nazarbayev xalqa müraciətində bildirib. Nazarbayev istefasını televiziya ilə müraciətində elan edib.

Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib. 1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur. 1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
© Sputnik / Murad Orujov
 Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub. O, sonuncu dəfə 2015-ci ildə Qazaxıstan prezidenti seçilib.

Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.

3 aprel 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

70
Əlaqədar
“Siz nazir yox, qorxaqlarsınız” – Nazarbayev əsəbiləşdi
Nazarbayev hökuməti qovdu
Nazarbayev istefa verdi