Avropanın paytaxtında bomba həyəcanı, insanlar təxliyə edildi

© AFP 2023 / EMMANUEL DUNANDTəhlükəsizlik xidməti əməkdaşları ərazini əhatəyə alıblar
Təhlükəsizlik xidməti əməkdaşları ərazini əhatəyə alıblar - Sputnik Azərbaycan
Abunə olmaq
Belçikanın paytaxtı Brüsseldə bomba həyəcanı yaşanır

BAKI, 19 mart — Sputnik. Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinə məxsus qurumların yerləşdiyi binalara yaxın ərazidə bomba həyəcanı yaşanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ərazidə bombanın olması ehtimal edildiyinə görə, 40-dan artıq şəxs ətraf binalardan təxliyə edilib. Bundan başqa, bomba həyəcanı ilə əlaqədar olaraq yanğınsöndürən briqada və polislər də həmin əraziyə cəlb olunub.

Qeyd edək ki, həmin ərazidə İngiltərə səfirliyinin binası da yerləşir.

Xəbər lenti
0