Nursultan Nazarbayev

Nazarbayev istefa verdi

2015
(Yenilənib 17:13 19.03.2019)
Nazarbayev gözlənilmədən istefa verdi

BAKI, 19 mart — Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib. Bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.

“Mən prezident kimi səlahiyyətlərimi dayandırmaq qərarı verdim” - deyə Nazarbayev xalqa müraciətində bildirib. Nazarbayev istefasını televiziya ilə müraciətində elan edib. 

Ölkədə keçiriləcək növbəti prezident seçkilərinə qədər ölkə başçısının səlahiyyətlərini Qazaxıstan parlamentinin senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək.

Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib. 1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur. 1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub. O, sonuncu dəfə 2015-ci ildə Qazaxıstan prezidenti seçilib.

Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.

3 aprel 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

2015
Teqlər:
prezident, istefa, Nursultan Nazarbayev, Qazaxıstan
Əlaqədar
İlham Əliyevlə Nursultan Nazarbayev arasında görüş olub
Nazarbayev Sarkisyanla nə danışıb?
“Siz nazir yox, qorxaqlarsınız” – Nazarbayev əsəbiləşdi