Hakim çəkici

Ermənistanın ədliyyə naziri 11 hakimi məhkəməyə verir

24
(Yenilənib 13:50 19.03.2019)
Nazir məsələni şərh etməkdən imtina edib

BAKI, 19 mart — Sputnik. Ermənistan ədliyyə naziri Artak Zeynalyan Kasasiya məhkəməsinin vətəndaş palatasının 11 hakiminə qarşı intizam proseslər başlatmağa hazırlaşır. Bu barədə Sputnik Ermənistan "Jovohurd" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Zeynalyan, həmçinin məhkəmənin sədri Ervend Hundkaryana qarşı proses başladıb.

"Jovohurd" nəşri yazır ki, nazir məsələni şərh etməkdən imtina edib. Çünki, məhkəmə məcəlləsi hakimlərə qarşı prosesləri açıqlamağı qadağan edir.

24
Teqlər:
ədliyyə naziri, hakim, məhkəmə, Ermənistan
Əlaqədar
Ermənistan "yeni format" iddiasından geri çəkildi: Minsk qrupuna güvənirik
"Azərbaycan və Ermənistan liderlərinin görüşü olduqca önəmlidir"
Ermənistan hərbçiləri Gədəbəyi atəşə tutub
Ermənistan hərbçilərinin saxladığı azərbaycanlı barədə məlumat yayıldı