İran prezidenti Həsən Ruhani

İran ABŞ-a qarşı hərəkətə keçir

48
(Yenilənib 20:48 18.03.2019)
İran prezidenti özlərinə tətbiq olunan sanksiyaları insanlığa qarşı cinayət kimi qiymətləndirib

BAKI, 18 mart — Sputnik. İran prezidenti Həsən Ruhani ölkəsinə tətbiq edilən sanksiyalar səbəbindən ABŞ-ı məhkəməyə verəcəklərini açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu məlumatı İran dövlət televiziyası yayıb.

Həsən Ruhani ölkəsinə tətbiq edilən sanksiyalar səbəbindən ABŞ-a qarşı iddia qaldıracaqlarını söyləyib.

İran prezidenti özlərinə tətbiq olunan sanksiyaları insanlığa qarşı cinayət kimi qiymətləndirib.

Embarqonun ölkə valyutasının (İran rialı) dəyərinə təsir etdiyini bildirən Ruhani, ancaq, bu problemin öhdəsindən gələ biləcək gücdə olduqlarını qeyd edib.

 

48