Türkiyə ordusu Suriya sərhədində

Türkiyə “boz siyahı”dakı təhlükəli terrorçunu məhv edib

122
(Yenilənib 23:22 17.03.2019)
Məhv edilən 12 terrorçudan biri “Havar Bediran” kod adlı Serkan Tüncerdir

BAKI, 17 mart — Sputnik. Türkiyə hərbçiləri martın 16-da Şimalı İraqda PKK terror təşkilatına qarşı müvəffəqiyyətli əməliyyat həyata keçiriblər. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, məhv edilən 12 terrorçudan biri “Havar Bediran” kod adlı Serkan Tüncerdir.

Türkiyə Müdafiə Nairliyi yaydığı açıqlamada məlumatı təsdiq edib. Açıqlamada deyilir: “Dünən Hakurkdə zərərsizləşdirilən 12 terrorçudan birinin adı “boz siyahı”ya salınaraq axtarılan Serkan Tüncer olduğu dəqiqləşdirilib”.

122