Dəhşətli təbii fəlakət 63 nəfərin həyatına son qoydu

© AFP 2023 / ADEK BERRYİndoneziya Şimali Sumatra əyalətində şiddətli yağışların nəticəsində 7 nəfər həyatını itirib
İndoneziya Şimali Sumatra əyalətində şiddətli yağışların nəticəsində 7 nəfər həyatını itirib - Sputnik Azərbaycan
Abunə olmaq
Daşqınlar daha çox Cayapura rayonunda olub. Xilasedicilər onlarla itkin düşmüş adamı axtarır.

BAKI, 17 mart — Sputnik. İndoneziyada leysan yağışlarının yaratdığı daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artır.

İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
İndoneziya dalbadal güclü silkələndi

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Papua əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb, 50 nəfər xəsarət alıb. Bundan əvvəl 40 ölü və 21 yaralı barədə məlumat verilirdi.

Daşqınlar daha çox Cayapura rayonunda olub. Xilasedicilər onlarla itkin düşmüş adamı axtarır.

Yüzlərlə ev qismən su altında qalıb, xilasedicilər hələ bir çox fəlakət rayonlarına daxil ola bilməyib. Yolların və körpülərin dağılması xilasetmə əməliyyatlarına mane olur.

Papua əyalətində 2 həftə fövqəladə vəziyyət elan edilib. Müvəqqəti sığınacaqlarda 4 mindən çox insan yerləşdirilib.

Xəbər lenti
0