Müğənni Yuliya Naçalova

Tanınmış rus müğənni 38 yaşında öldü

220
(Yenilənib 22:44 16.03.2019)
Yuliya Naçalovanın cəmi 38 yaşı var idi

BAKI, 16 mart – Sputnik. Tanınmış rusiyalı müğənni Yuliya Naçalova vəfat edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə müğənninin piar-direktoru Anna İsayeva bildirib.

İsayeva özünün Instagram səhifəsində bununla bağlı yazıb: “Bir saat əvvəl Yuliyamızın ürəyinin döyüntüləri dayandı”.

Qeyd edək ki, həftənin əvvəllərində bəzi KİV-lər Naçalovanın xəstəxanaya aparıldığı barədə məlumat yayıblar. Onun vəziyyəti ağır olub və müğənni süni koma vəziyyətinə salınıb. Bir neçə gün öncə Naçalovanın üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Yuliya Naçalovanın cəmi 38 yaşı var idi.

220