"Boeing 737" qonşuda da qadağan edildi

© AFP 2023 / STEPHEN BRASHEARBoeing 737 MAX 8 təyyarəsi səmaya qalxır
Boeing 737 MAX 8 təyyarəsi səmaya qalxır - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Hava Yolları Təşkilatı məsələ ilə bağlı açıqlama yayıb

BAKI, 16 mart — Sputnik. İranda da "Boeing 737" təyyarələrinin uçuşu qadağan edilib.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, İranın Hava Yolları Təşkilatı məsələ ilə bağlı açıqlama yayıb.

Boeing 737 Max, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Daha bir "Boeing" olayı baş verdi

Açıqlamada təşkilat tərəfindən İranın hava sahəsində "Boeing 737" təyyarələrinin uçuşunun qadağan edildiyi bildirilir.

Qeyd edək ki, martın 10-da "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi Əddis-Əbəbədən Nayrobiyə doğru reys həyata keçirərkən Efiopiya paytaxtından təxminən 60 km şərqdə qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər ölüb.

2018-ci ildə isə "Lion Air" şirkətinə məxsus "Boeing-737 MAX 8" təyyarəsi Cakarta hava limanından uçduqdan az sonra Yava dənizinə düşüb və göyərtədəki 189 nəfərin hamısı ölüb.

Son hadisədən sonra bir çox ölkələr "Boeing 737" təyyarələrinin uçuşlarını qadağan edib. İran Hava Yolları Təşkilatı da bununla bağlı qadağa addımını atıb.

Xəbər lenti
0