Yeni Zelandiyada 2 məscidə terror hücumundan sonra İslamı təhqir edən avstraliyalı senator Fraser Anninqin başına yumurtanın vurulması

İslamı təhqir edən senatorun başında yumurta sındırdılar - VİDEO

222
(Yenilənib 14:13 16.03.2019)
Yeni Zelandiyada 2 məscidə terror hücumundan sonra avstraliyalı senator Fraser Anninq İslamı təhqir edib

BAKI, 16 mart — Sputnik. İslamı təhqir edən avstraliyalı senatorun başında yumurta sındırıblar.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Yeni Zelandiyada 2 məscidə terror hücumundan sonra avstraliyalı senator Fraser Anninq İslamı təhqir edib və irqçi sözlərdən istifadə edib. Bu gün avstraliyalı senator jurnalistlərə açıqlama verərkən bir gənc onun başında yumurta sındırıb.

Senator bu hadisədən sonra 17 yaşındakı gəncə şillə-təpik atıb. Daha sonra senatorun ətrafında olanlar gənci yerə uzadıblar və hərəkət etməsinə icazə verməyiblər.

Baş verən bu hadisə kameralara düşüb.

222