Müsəlmanlar dünyaya səsləndilər

© AADünya Müsəlman Alimlər Birliyinin toplantısı
Dünya Müsəlman Alimlər Birliyinin toplantısı - Sputnik Azərbaycan
Abunə olmaq
"Nifrət ritorikası qadağan edilsin"

BAKI, 16 mart — Sputnik. Dünya Müsəlman Alimlər Birliyi Yeni Zelandiyadakı terror hücumundan sonra müsəlman olmayan ölkələrə çağırış edib.

Захра Лари (ОАЭ) во время тренировки - Sputnik Azərbaycan
Müsəlman konkisürən qadından dünyanı şoka salan addım

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, alimlər müsəlman olmayan ölkələrdən nifrət ritorikasını qadağan etmələrini istəyib.

Birliyin sədri Ahmed er-Raysuni məsələ ilə bağlı açıqlama verib. O, müsəlman olmayan ölkələrdən nifrət ritorikasını qadağan etmələrini, Yeni Zelandiyadan isə sözügedən terror hücumu ilə bağlı lazımi ölçü götürmələrini tələb edib. Eyni zamanda, Birliyin bütün üzvlərinə İslamı yaymaları, sülhü və təhlükəsizliyi dəstəkləmək çağırışı edilib.

Qeyd edək ki, martın 15-də Cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Son məlumata əsasən, terror aktı nəticəsində azı 49 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

Xəbər lenti
0