Hadisə yeri polislərlə əhatəyə alınıb

Təcavüz dalğası genişlənir: Londonda da müsəlmanlara hücum etdilər

9505
(Yenilənib 11:50 16.03.2019)
Məscid qarşısında Cümə namazı üçün gözləyənlərə naməlum şəxslər dəyənəklərlə hücum ediblər

BAKI, 16 mart — Sputnik. Londonda bir qrup naməlum şəxs məscid önündə gözləyən müsəlmanlara çəkic və dəyənəklərlə hücum edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, hücumdan sonra təcavüzkarlar avtomobil ilə qaçıblar. Müsəlmanlardan biri hətta onların avtomobilinin üzərinə çıxaraq qaçmalarına əngəl olmağa çalışıb.

London polisi məlumatı təsdiq edib. Polis bildirib ki, məscid qarşısında Cümə namazı üçün gözləyənlərə naməlum gənclər hücum ediblər.

İslam əleyhinə şüarlar səsləndirən və söyüşlər yağdıran təcavüzkar qrup hücumun ardından maşınlarına minərək qaçıblar.

Polis açıqlama verib ki, hücuma məruz qalanlar arasında 27 yaşında bir nəfər başından yaralanıb və xəstəxanaya aparılıb.

London polisi naməlum şəxsləri tapmaq üçün axtarışları davam etdirir.

9505
Teqlər:
məscid, müsəlman, hücum, London
Əlaqədar
Ərdoğan Yeni Zelandiyada baş verənlərə reaksiya verdi
XİN: Yeni Zelandiyada ölənlər arasında azərbaycanlı yoxdur
Məsciddə müsəlmanları gülləbaran edən şəxs iki dəfə Türkiyədə olub
Terror nəticəsində həlak olan müsəlmanların sayı artıb