Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və AB-ın xarici siyasət idarəsinin başçısı Federika Mogerini

Avropa Birliyi PKK ilə bağlı açıqlama verdi

5794
(Yenilənib 22:52 15.03.2019)

BAKI, 16 mart — Sputnik. Avropa Birliyi PKK terror təşkilatının AB-nin siyahısında olduğunu açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, AB-nin təmsilçisi Federika Mogerininin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü baş tutub.

Görüş çərçivəsində bir sıra məsələlər müzakirə edilib. PKK ilə bağlı müzakirələrin gedişində AB nümayəndəsi sərt açıqlama verib.

Mogerini deyib ki, PKK AB-nin terror təşkilatı siyahısındadır və bu məsələ müzakirəyə açıq deyil.

Görüşdə Türkiyənin strateji tərəfdaş kimi rolu və Suriyadakı mövqeyi ilə bağlı fikir mübadiləsi də aparılıb.

5794
Teqlər:
Avropa Birliyi, PKK, Mövlüd Çavuşoğlu, Federika Mogerini