Qəzzada İsrail tankları, arxiv foto

İsrail Qəzzada 100-ə yaxın hədəfi bombalayıb

43
(Yenilənib 11:11 15.03.2019)
Martın 14-ü Qəzza sektorundan Təl-Əviv istiqamətində iki raket atılıb

BAKI, 15 mart — Sputnik. İsrail hərbçiləri Qəzza zolağında təxminən 100-ə yaxın hədəfi vurub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu öz rəsmi "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, zərbələr Fələstin ərazisindən Təl-Əvivə atılan raketlərə cavab olub.

Hələlik İsrail zərbələri nəticəsində zərər çəkənlər və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, martın 14-ü Qəzza sektorundan Təl-Əviv istiqamətində iki raket atılıb. Onlardan biri raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

43
Teqlər:
Təl-Əviv, Qəzza, Fələstin
Əlaqədar
İsrail bölgəni dini qarşıdurmaya sürükləyir – Həyəcan təbili çalındı
İsrail "S-300" və "S-400"-lərin "qatilini" göstərdi - VİDEO
Rusiya ilə İsrail arasında mühüm anlaşma
İsrail ilə Türkiyə arasında yeni qalmaqal başlayır