Дональд Трамп

Trampa ağır zərbə

62
(Yenilənib 12:24 14.03.2019)
Qanun layihəsi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı siyasətinə qarşı addım kimi qiymətləndirilib

BAKI, 14 mart — Sputnik. ABŞ-ın Yəməndəki əsgərlərini geri çəkməsini nəzərdə tutan qanun layihəsi Senatda qəbul edilib. Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, qanun layihəsi ABŞ hökumətinin Yəməndə davam edən müharibəyə daxil olan bütün hərbi yaraqlılarını 30 gün ərzində geri çəkməsini nəzərdə tutur. 

Qanun layihəsi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı siyasətinə qarşı addım kimi qiymətləndirilib.

Sənəddə Əl-Qaidə ilə savaşanlar istisna olmaqla, Yəməndəki müharibəyə daxil olan, ya da müharibə edən bütün ABŞ hərbi qüvvələrinin 30 gün ərzində geri çəkilməsi əksini tapıb.

Layihə Nümayəndələr Palatasından da keçməlidir ki, Donald Tramp sənədi imzalasın. Demokratların əksəriyyətinin olduğu Nümayəndələr Palatasında bu layihənin qəti şəkildə qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, ABŞ hökumətinin Səudiyyə Ərəbistanına Yəməndə davam edən müharibədə verdiyi dəstək uzun müddətdir Konqresdə mübahisələrə səbəb olub. Keçən ilin dekabr ayında Senatda qəbul edilən oxşar bir layihə o zaman respublikaçıların əksəriyyətinin təşkil etdiyi Nümayəndələr Palatasında qəbul edilməyib.

ABŞ-da noyabr ayında aralıq seçkilər keçirilib və Konqresin hər iki palatasına yeni üzvlər seçilib. Ona görə də Senat və Nümayəndələr Palatasında sözügedən Yəmən layihəsinin yenidən gündəmə gələcəyi bildirilib.

Fevral ayı ərzində ABŞ-ın Yəməndə davam edən döyüşdə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi dayandırmasını nəzərdə tutan ayrıca qanun layihəsi Nümayəndələr Palatasında qəbul edilib.

62
Teqlər:
Senat, Yəmən, ABŞ, Donald Tramp
Əlaqədar
Tramp Rusiyaya qarşı kiber hücuma razılıq verib
İkinci tarixi Tramp-Kim Çen In görüşü başladı
Tramp Şimali Koreya probleminin həllində Rusiya və Çinin rolundan danışdı
Tramp: "Pakistan-Hindistan münaqişəsinin yaxın vaxtda başa çatacağına ümid edirəm"