Совместный брифинг президентов Армении и Грузии Aрмена Сaркисяна и Саломе Зурабишвили

“Ermənilər azərbaycanlılar sülh içində yaşamalıdır” Zurabişvili mesaj verdi

44
(Yenilənib 00:01 14.03.2019)
Regiondakı münaqişələr ölkələrin inkişafına mane olur.

BAKI, 13 mart — Sputnik. “Regional münaqişələrin Gürcüstan ərazisinə keçməməsi önəmlidir”. Sputnik Ermənistan xəbər verir ki, bunu Yerevanda səfərdə olan Gürcüstan prezidenti Salome Zurbişvili bildirib.

"Gürcüstan vətəndaşları – etnik ermənilər və azərbaycanlıların Respublika ərazisində sülh şəraitində yaşaması olduqca önəmlidir" - deyə Zurabişvili vurğulayıb.

Gürcüstan prezidenti deyib ki, Cənubi Qafqazda beynəlxalq hüquq normaları əsasında dinc yolla həll olunmalı olan xeyli çağırışlar var.

O bildirib ki, regiondakı münaqişələr ölkələrin inkişafına mane olur.

Zurabişvili qeyd edib ki, Ermənistan və Gürcüstanın ikitərəfli əməkdaşlığı genişləndirmək üçün böyük potensialı var.

44