Kiyevin küçələrindən birində prezidentliyə namizəd Pyotr Poroşenko və Yuliya Timoşenkonun təbliğat plakatları

Ukraynada seçki həyəcanı: Poroşenko Timoşenkonu geridə qoydu

62
(Yenilənib 19:51 13.03.2019)
Ukraynada prezident seçkiləri 31 mart 2019-cu ildə keçiriləcək

BAKI, 14 mart — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko prezident kürsüsü uğrunda keçirilən yarışda namizəd Yuliya Timoşenkonı keçib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "Soçis" mərkəzi tərəfindən keçirilən sorğunun nəticələri göstərir.

Qeyd olunur ki, hazırda Poroşenko əhalinin dəstəyinə görə ikinci pillədə qərarlaşıb. Siyahıda ilk pilləni isə şoumen Vladimir Zelenski tutur.

Məlumata əsasən Zelenskini seçicilərin 27,7%-i, Poroşenkonu 19,6%, üçüncü pillədə qərarlaşan Timoşenkonu 14,8% şəxs dəstəkləyir.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 31 mart 2019-cu ildə keçiriləcək.

62