Xilasedicilər və qəza xidməti briqadaları məktəb uçan ərazidə işləyirlər

Məktəb uçdu, yüzdən çox uşaq dağıntılar altında qaldı

106
(Yenilənib 17:29 13.03.2019)
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib

BAKI, 13 mart — Sputnik. Nigeriyada dəhşətli faciə yaşanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin ən böyük şəhərlərindən olan Lagosda 3 mərtəbəli orta məktəb binası uçub.

Мужчины несут мальчика, которого спасли на месте разрушенного здания школы в коммерческой столице Нигерии - Лагосе, Нигерия
© REUTERS / TEMILADE ADELAJA
Xilasedicilər uçqun altından çıxardıqları uşağı həkimlərə verməyə tələsirlər

Uçqun dərs zamanı baş verdiyi üçün şagirdlər dağıntılar altında qalıb. Məlumata görə, uçqunun altında 100-dən çox insan var. Onların əksəriyyətinin şagird olduğu bildirilir.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Xilasetmə işləri aparılır.

106