Boeing 737 MAX 8 təyyarəsi səmaya qalxır

Dünyaca məşhur şirkətin bazar dəyəri 26 milyard ucuzlaşdı

96
(Yenilənib 12:40 13.03.2019)
Ötən gün Nyu-York birjasında aviaşirkətin səhmləri 6,15% azalaraq 375,41 dollar olub

BAKI, 13 mart — Sputnik. Efiopiyada baş verən qəzadan sonra Birləşmiş Ştatların "Boeing 737 Max 8" şirkətinin bazar dəyəri 26,6 milyard dollar aşağı düşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ Fond Birjasına istinadən bildirir.

Ötən gün Nyu-York birjasında aviaşirkətin səhmləri 6,15% azalaraq 375,41 dollar olub.

Xatırladaq ki, martın 11-i Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 149 sərnişin və 8 heyət üzvü də daxil olmaqla, 157 nəfər olub.

Sərnişinlər arasında BMT-nin 19 əməkdaşı, habelə 35 müxtəlif ölkənin vətəndaşları olub. Qəza zamanı sərnişin və heyət üzvlərindən heç kim sağ qalmayıb. Qəzanın səbəbləri hələ məlum deyil.

96
Teqlər:
ucuzlaşma, dəyər, şirkət, Amerika Birləşmiş Ştatları
Əlaqədar
Azərbaycanda şirkət belə qarət edilib - Film kimi senari
Məşhur şirkət yarım milyondan çox avtomobilini geri çağırır
"Facebook" Sputnik-in səhifələrini sildi, şirkət etiraz bəyanatı yaydı
İran bayrağı, arxiv şəkli

İranlı diplomat Avropada məhkəmə qarşısına çıxarılacaq

5
(Yenilənib 13:06 27.11.2020)
İranın Vyanadakı Səfirliyinin müşaviri Əsədullah Əsədi Parisdə keçirilən mitinqə bombalı hücum planlaşdırmaqda ittiham olunur.

BAKI, 27 noyabr — Sputnik. Belçikanın Antverpen şəhər məhkəməsi 2018-ci ildə Fransada bir müxalifət qrupunun mitinqində bomba partlayışı planlaşdırmaqda günahlandırılan iranlı diplomat və onun üç həmvətənini mühakimə edəcək. Sputnik Azərbaycan-ın korrespondent.net saytına istinadən yaydığı məlumata görə, bu, Avropa Şurasına üzv ölkələrdən birində İranın dövlət nümayəndəsinin terrorizmdə günahlandırılaraq məhkəmə qarşısına çıxarıldığı ilk hadisədir.

Belçika prokurorluğu İran diplomatı Əsədullah Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırır. Qeyd edək ki, sözügedən mitinqdə ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culianı də çıxış etmişdi. Həmin vaxt Əsədi İranın Vynadakı səfirliyində üçüncü müşavir vəzifəsini tutub. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildirirlər.

Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edərək, terror qrupu hesab etdiyi NCRI-nin bu cür iddiaları əlində "yalançı bayraq" etdiyini bildirib. Əsədi ittihamlarla bağlı açıqlama verməsə də, onun vəkili diplomatın məhkəmə qarşısına çıxacağını təsdiqləyib.

Polis sənədləri göstərir ki, Əsədi mart ayında hakimiyyət orqanlarını günahkar bilinəcəyi təqdirdə müəyyən qruplar tərəfindən cavab tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdar edib.

Səlahiyyətli orqanlar hücumun qarşısının Fransa, Almaniya və Belçika təhlükəsizlik qüvvələri arasında koordinasiyalı əməliyyatla alındığını bildiriblər. Əsədi Almaniyada istirahət edərəkən tutulub və Belçikaya təhvil verilib. Bu ölkədə onun cinayəti birgə törətməyi planlaşdırdığı iddia olun iki əlaltısı da həbs olunub. Həmin şəxlərdən yarım kilo partlayıcı maddəsi və bir partlayıcı qurğu götürülüb. Belçika səlahiyyətliləri Əsədinin partlayıcı maddələri Tehrandan Vyanaya ticarət reysi ilə gətirdiyini güman edir.

Artıq Fransa sui-qəsdin arxasında İran Kəşfiyyat Nazirliyinin olduğunu iddia edərək bir İran diplomatını ölkədən uzaqlaşdırıb. Avropa Şurası isə İran kəşfiyyatının və rəsmi şəxslərin əmlakını dondurub.

Xatırladaq ki, bir qədər bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron müsəlman liderlərinə ultimatum vermişdi. Makron onların 15 gün ərzində "respublika dəyərləri xartiyası"nı qəbul etmələrini istəyir.

Avstriyada da radikal islamçılara qarşı xüsusi əməliyyatın keçirildiyi barədə də məlumat verilmişdi. Qeyd olunurdu ki, polis artıq terrorçuları dəstəkləməkdə şübhəli bilinən 70 şəxsin və bir neçə təşkilatın izinə düşüb.

5
Teqlər:
diplomat, İran, Avropa, məhkəmə
Kəlbəcərdə Azərbaycan hərbçiləri, arxiv şəkli

Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə baş verənlərlə bağlı məlumat yaydı

9
(Yenilənib 12:48 27.11.2020)
Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır.

BAKI, 27 noyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə, Zod yatağında azərbaycanlı hərbçilərin iştirakı ilə baş verən insidenti şərh edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, döyüş növbəsinin həyata keçirilməsi üçün noyabrın 27-si Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında danışqılar baş tutub və danışıqlar zamanı müvəqqəti döyüş mövqelərinin faktiki yerləri dəqiqləşdirilib.

"Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib ki, Azərbaycan hərbçiləri Ermənistanla sərhədi keçməyib.

O izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

9
Teqlər:
sərhəd, Ermənistan XİN, Kəlbəcər
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

0
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

0
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP