Britaniya ilə Avropa İttifaqının bayrağı

Britaniya Avropa İttifaqı ilə "Brexit" razılaşmasına yox dedi

83
(Yenilənib 10:59 13.03.2019)
Bu ilin yanvar ayında da parlament "Brexit"lə bağlı razılaşmanı rədd edib

BAKI, 13 mart — Sputnik. Britaniyalı parlamentarilər yenidən Avropa İttifaqı ilə "Brexit" razılaşmasını rədd edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Belə ki, 391 parlamentari qərarın "əleyhinə", 242-i isə "lehinə" səs verib. Bundan sonra parlamentarilər razılaşmasız "Brexit" məsələsi üzrə səsvermədə iştirak etməlidirlər.

Öz növbəsində Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, "Brexit"-in vaxtının təxirə salınması problemi həll etmir: "Avropa İttifaqı bizdən belə bir müddətin artırılmasını istəyəcək. Parlament bu məsələyə cavab verməlidir. Biz Avropa İttifaqından çıxmağa dair ərizəni geri qaytarmaq istəyirikmi? İkinci referendum istəyirikmi? Ya da biz başqa bir sazişlə Avropa İttifaqından çıxmaq istəyirikmi?".

Qeyd edək ki, bu ilin yanvar ayında da parlament "Brexit"lə bağlı razılaşmanı rədd edib.

83
Teqlər:
Avropa İttifaqı, Avropa, Böyük Britaniya, Britaniya
Əlaqədar
Böyük Britaniya şahzadəsi yol qəzasına düşüb - VİDEO
Britaniya şahzadəsinə bahalı ev hədiyyə olunacaq
Böyük Britaniya İŞID-ə qoşulan qadını vətəndaşlıqdan çıxarır
Böyük Britaniya "Hizbullah"ı terror təşkilatları siyahısına daxil edib