Rusiyanın energetika naziri Aleksandr Novak

Rusiya İran Azərbaycan vasitəsilə elektrik şəbəkələrini birləşdirəcək

77
(Yenilənib 22:48 12.03.2019)
Rusiyalı və iranlı nazir arasında danışıq olub

 

BAKI, 12 mart — Sputnik. Rusiya və İranın energetika nazirləri Aleksandr Novak və Reza Ardakanian telefon vasitəsilə danışıqlar aparıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, tərəflər qonşu ölkələrin əraziləri vasitəsilə elektrik şəbəkələrinin birləşdirilməsi imkanını müzakirə edib.

"Bu telefon danışığı zamanı nazirlər Azərbaycan, Gürcüstan və Ermənistan vasitəsilə İran və Rusiya elektrik şəbəkələrinin birləşdirilməsini, həmçinin "Sirik" İstilik Elektrik Stansiyasının 4 blokunun tikintisini müzakirə ediblər", - deyə İran Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.

77
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

8
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

8
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Antoniu Quterreş, arxiv şəkli

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

5
(Yenilənib 22:55 23.11.2020)
Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb: “Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcək”.

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” - deyə, o bildirib.

5
Teqlər:
humanitar, BMT, xarici işlər naziri ceyhun bayramov