SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Venesuela ABŞ diplomatlarına ölkədən çıxmağa 72 saat vaxt verdi

© Sputnik / Leo Alvares / Mediabanka keçidABŞ-ın Venesuelada səfirliyi
ABŞ-ın Venesuelada səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ bu həftə Karakasda olan diplomatlarını geri çağırmaq niyyətindədir

BAKI, 13 mart — Sputnik. Venesuela rəhbərliyi ABŞ diplomatlarına ölkəni tərk etmək üçün 3 gün vaxt verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bildirib.

"ABŞ-ın diplomatik personalı Venesuela ərazisini 72 saat ərzində tərk etməlidir", - deyə Arreasa öz "Twitter" səhifəsində yazıb.

Xuan Quaydo - Sputnik Azərbaycan
Venesuelanın müxalifət lideri ölkəyə qayıtmaq niyyətindədir

Qeyd edək ki, daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ bu həftə Karakasda olan diplomatlarını geri çağırmaq niyyətindədir.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-sı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın 1-i Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

Xəbər lenti
0