Spirtli içki

Qərbi Azərbaycanda 5 nəfər saxta içkidən ölüb

43
(Yenilənib 11:48 11.03.2019)
Son 6 ayda İranda saxta içkidən 100 nəfər ölüb

BAKI, 11 mart — Sputnik. İranın Qərbi Azərbaycan əyalətində son bir həftədə saxta içkidən 5 nəfər zəhərlənərək ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, həftə ərazində əyalətdə 35 nəfər saxta spirtli içkidən zəhərlənib. Bu barədə məlumat verən Tibb Fakültəsi Səhiyyə Xidmətləri İdarəsinin rəhbəri Əli Şərq bildirib. O qeyd edib ki, Bukan şəhərində 22, Urmiyada 11, Piranşəhərdə 2 nəfər zəhərlənib və onlardan 4-ünün vəziyyəti ağırdır. Şərq ölənlərin hansı şəhərdən olduğu barədə isə açıqlama verməyib.

Xatırladaq ki, son 6 ayda İranda saxta içkidən 100 nəfər ölüb.

Spirtli içkilərin qadağan edildiyi İranda bəzi ev və zirzəmilərdə kustar üsulla içkilər istehsal edilir. Ölkə qanunlarına görə, alkoqollu içkilər istehsal edən, alan və ya satan şəxslərə 6 aydan bir ilə qədər həbs və ya 74 qamçı, içənlərə isə 80 qamçı cəzası verilir.

43
Teqlər:
araq, içki, İran
Əlaqədar
Ölkəyə gizli yolla siqaret və spirtli içki gətirmək istəyən şəxs saxlanılıb
Spirtli içki və tütün məhsullarının satışında vergi tələbləri sərtləşdirilə bilər
Şərqi Azərbaycanda inanılmaz olay – saxta içki 73 nəfəri xəstəxanalıq etdi